Siyası Online Qəzet

Arxangelskdə Müslüm Maqomayevin şərəfinə açıq dərs keçirilib

“Diaspornews.az” xəbər verir ki,  təşkilatın rəhbəri Tərlan Qasımov məktəb şagirdləri və onların valideynləri qarşısında salamlama nitqi söyləyib. Məktəbin müəllimi Leyla Nizamovna isə Müslüm Maqomayevin keçdiyi həyat yolundan və yaradıcılığından danışıb. Daha sonra Emin Kazımov Azərbaycanın, coğrafiyası, görməli yerləri və mədəni xüsusiyyətləri, milli geyimləri, Akim Səmədov isə balaban, nağara, dəf, kamança, tar və saz kimi milli alətlərimiz haqqında təqdimatla çıxış ediblər.

Sonda Tərlan Qasımov təşkilati dəstəyə müəllim-təşkilatçı Kazak Tatyana Alekseevnaya xüsusi təşəkkür edib: “Ötən il “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının səyi, Arxangelsk şəhəri administrasiyasının köməkliyi ilə açılan Müslüm Maqomayev adına auditoriyada bu ilk idi. Lakin əminik ki, sonuncu tədbir deyil”.

image-img-20231102-wa0026image-img-20231102-wa0023