Siyası Online Qəzet

İtaliyada keçirilən kunq-fu idman növü üzrə dünya çempionatında idmançımız qalib olub

 

15-31 oktyabr 2023-cü il tarixlərində İtaliyanın Karrara şəhərində keçirilən kunq-fu idman növü üzrə dünya çempionatı keçirilmişdir. İdmançımız Emil Nağıyev 80 kq çəki səviyyəsində mübarizə aparmış və nəticədə qalib olaraq qızıl medala yiyələnmiş, Azərbaycan bayrağını yüksəltməyə nail olmuşdur. İdmançımız Emil Nağıyev qələbəsini Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr etdiyini müsahibəsində bildirmişdir.
Xatırladaq ki, Emil Samiq oğlu Nağıyev 30.09.2003 – cü ildə anadan olub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsinin 4-cü kurs tələbəsidir.