Bakıda ikinci Braziliya Film Festivalı keçirilir – FOTO
Oktyabrın 30-da “CinemaPlus” kinoteatrda II Braziliya Film Festivalı başlayıb.
Festival noyabrın 3-dək “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında təşkil olunub.
Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes çıxışında festivalın əhəmiyyətindən danışaraq, qeyd edib ki, nümayiş olunan filmlər vasitəsilə Braziliya mədəniyyətini daha yaxından tanımaq mümkündür.
Linhas Produções Culturaisin direktoru Fernanda Bulhõesin sözlərinə görə, festivalın əsas qayğılarından biri təkcə yeni filmləri bir araya gətirmək deyil, həm də istehsalın keyfiyyətini və müxtəlifliyini nümayiş etdirən emosiyaların və janrların qarışığını Azərbaycan xalqına təqdim etməkdir.
Festvalın açılışında “Eduardo və Monika” romantik filmi nümayiş olundu.
Film 80-ci illərdən başlayaraq bir çox nəsilləri sarsıdan Braziliya rok qrupunun eyniadlı mahnısına əsaslanır. Rejissoru René Sampaio olan “Eduardo və Monika” bir-birindən fərqli, lakin bir-biri üçün doğulan cütlüyün romantikasını göstərir. Onlar mədəniyyət, yaş və hətta zövq müxtəlifliklərinə baxmayaraq, dəlicəsinə aşiq olurlar. Artıq beynəlxalq festivalların qalibi olan filmdə Hollivudda Matt Damon və Jodie Foster ilə “Elysium”, Will Smith və Gabriel Leone ilə “Mən əfsanəyəm” (Eu Sou a Lenda), adlı filmlərdəki işi ilə də məşhur olan Braziliya kinematoqrafiyasının gənc kəşfi aktrisa Alice Braga çəkilib.
Çərşənbə axşamı, oktyabrın 31-i növbə José Eduardo Belmontenin fantastik dramı olan “Həqiqətlər” filminə çatacaq. Polis məmuru Braziliyanın arxa ərazilərindəki kiçik bir şəhərdə baş vermiş cinayəti açmağa çalışır. Hekayə üç nöqteyi-nəzərdən danışılır: muzdlu qatil, gəlin və iş adamı. Polis məmuru ilə nişanlısı arasındakı münasibət də daxil olmaqla, hər şey hərəkətlidir, şübhə və müəmmalarla doludur.
Çərşənbə günü, noyabrın 1-i Roberto de Oliveiranın “Elis və Tom – Sadəcə səninlə olmalı idi” sənədli filmi nümayiş olunacaq. Maestro və bəstəkar Tom Jobim dünya musiqisinin ən böyük dahilərindən biri olub, “Garota de İpanema”da (İpanemalı qız) Vinisius de Moraes ilə əməkdaşlığı ilə məşhurlaşıb. Elis Regina isə Braziliya musiqisinin ən böyük ifaçılarından biri idi. Sənədli film ikilinin 1974-cü ildə Los-Ancelesdə hazırladıqları və bu ilə qədər buraxılmayan albom çəkilişlərinin pərdəarxasından bəhs edir.
Cümə axşamı, noyabrın 2-də növbə 20-ci əsrdə Braziliyanın ən çox sevilən sənətçilərindən biri olan Pixinguinha kimi tanınan Alfredo da Rocha Vianna Filhonun həyat və yaradıcılığı haqqında Denise Saraceni və Allan Fiterman tərəfindən çəkilmiş “Pixinguinha – Nəvazişli adam” filminindir. Film onun 14 yaşında karyerasının başlanğıcından başlayaraq, qrupu ilə Parisdə keçirdiyi vaxta və həyat yoldaşı ilə münasibətlərində qədər həyatının mühüm anlarını təsvir edir.
Cümə günü, noyabrın 3-ü, bağlanış sessiyasında bir neçə beynəlxalq mükafat qazanan Renato Barbierinin real hadisələrdən ilhamlanan “Pureza” (“Saflıq”) dramı nümayiş olunacaq. “Pureza” (“Saflıq”) Amazonda şaxtada işləmək üçün gedən və bir daha xəbər alınmayan oğlunu ümidsizcə axtaran bir ananın hekayəsindən bəhs edir. Pureza şəhərləri gəzir, fermalara girir və kənd işçilərinin işə götürülməsi və azadlıqlarını məhdudlaşdıran qəddar bir sistemi kəşf edir. Film mübarizəsi Braziliya tarixində bütün ölkə ərazisində ilk dəfə qul əməyinə qarşı mübarizə aparan Xüsusi Mobil Təftiş Qrupunun yaradılmasına ilham verən Pureza Lopes Loyolanın əsl hekayəsindən ilhamlanıb.