Siyası Online Qəzet

Şəhid Elşən Müslümovun məzarı ziyarət edildi

Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Elşən Habil oğlu  Müslumovun şəhadətinin üçüncü  ildönümü qeyd olunub.

Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biri Elşən Habil oğlu Müslümovun anım günü ilə əlaqədar məzarı ziyarət etdi. O, şəhidin anasına başsağlığı verərək Allahdan səbr dilədi. Şəhidin anası Şövqiyyə xanım oğlu haqqında xatirələrini bölüşdü.

Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Ağsu rayonu Kalva kəndində anadan olub.

44 günlük  Vətən müharibəsində könüllü olaraq iştirak etmiş və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.

İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şəhidimizin Vətənə əmanət bir qız övladı yadigar qalıb.

 

.