Siyası Online Qəzet

 Tarix yazan oğullar

Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kitabxana filialının müdiri Aynur Babayeva, filialın böyük kitabxanaçısı Hilanə Babayeva İkinci Fəxri Xiyabanda şəhid  İsa Məhərrəmovun anım günü ilə bağlı keçirilən  tədbirdə iştirak ediblər.

Şəhid İsa Məhərrəmov 15 fevral 1995-ci ildə Bakıda anadan olmuşdu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı İsa Məhərrəmov Füzulinin azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. İkinci Fəxri  Xiyabanda dəfn edilib.

Şəhidin anım günü ilə bağlı keçirilən tədbirdə ilk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Çixiş edənlər şəhadətin yüksək məqamından, igid Vətən oğullarının şücaətindən danışdılar.

Sonda şəhid İsa Məhərrəmovun həyatı və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş olundu.