Adil Bir Nizamın Ayaq Səsləri
Yüz ilə götürən bir söz:
Yüz ili doğuran bir söz:
Yüz ilə dəyər bir söz:
Ən yüksək kürsüdən “Dünya beşdən böyükdür” demək;
Ən mötəbər məclisdə zalımlara dur demək, əmsalına rastlanılmamış bir cəsarət, şücaət, bir şahlanışdır. Dirayətini düşmənləri belə qısqanır desəm yalan olmaz hər halda. Yüz yildir gərçəkləşdirilməsi gərəkənlər gərçəkləşdirilir.
Əgər adil bir sorğu geçirilsəydi “Xalqımız üçün etdiklərini əsla unudabilmərik” gerçəyni dünyanın neçə bölgəsindən yüksəlirdi əcəba.
Deyil Vətəndaşlarınız, Soydaşlarınız, Dindaşlarınız, bəlkə bütün mazlumlar Sizi görəvə bəklər. Dost ya düşman bu gün bütün dünyanın “söylədiyini eliyən və elədiyini söyləyən” bir liderə ehtiyacı vardır. O gün, bir tərəfdə canını verib vətənini qoruyanlar, bir tərəfdə vətənini verib məqamı satın alanlar. Artıq haqla–batil arasında bir seçim bir tərcih zamanı.
14 May bütün məzlumlar üçün bir yüz il daha başlayacaq, ya ölü ya diri. Əgər dünyanın yaşıyacağı bir ömrü hələ varsa inşəAllah bu çocuq diri və sağlam doğulacaq.
Ey qanını qansızlardan irsiyyət alanlar;
Ey xayinliyi, məziyyət sananlar, susun, susun ki, ta fələyin inadına adil bir nizamın ayaq səsləri eşidilsin.
Ey Fatehin əmanetinə sahib çıxan.
Ey ümmətin son qalasını qoruyan, “nərədən- nərəyə” gəldi bu millət.
“Doğru olduğun zaman heç bir şeydən qorxma yardımçın Allahdır”. Hz. Ali
Yapdığınız hər iş bir əsər, hər əsər, birər “Qızıl Alma” olmalı.
Bu sadece köprülərin, gemilerin, uçaqların deyil, qanunların ən ədalətlisini, nizamın, intizamın əkməlini gərçəkləşdirmək gərək.
Osmanlı varisi Türkiyə dünyanın ən güclü, ən qüdrətli dövləti olmaq məcburiyyətində.
Qan qardaşı, can qardaşı, Can Azərbaycan Türkiyəni mütüakibən bir at başı fərqlə, əsla vaxt itirmədən bölgəsəl bir gücə çevrilməli. Qarabağ kimi zəfəri, Araz kimi dərdi olan Azərbaycanın bir olması, diri olması, iri olması hamı birlikdə “Dəmir yumruğ” olması ancaq belə gərçəkləşə bilər.
Gün gələr “One minute”–la, “Dəmir yumruğ”-un bugün gerçəkləşdirdikləri işlər Türkiyə Azərbaycan münasiətlərində “Altun Çağ” kimi dəyərləndirilər. Belə bir zamanda, belə bir amal üçün görülən işlərin dəyəri birdən–minə çıxar.
“Bir millət iki dövlət” qavramını hər baxımdan elə bir zəminə oturtmaq lazımdır ki, bir daha təxrib etməyə kimsənin ömrü yetməsin.
İnşəAllah İstanbul yeni yüz ildə dünyanın başkenti olur və solundakı bükülməz sanılan “Beş barmağ”-a rəğmən, sağında sarsılmaz “Dəmir yumruğ” olur. Adil bir nizam üçün bütün məzlumları arxasına alaraq beyləlxalq kurumları ədalət üzərə ya yeniden təşkilatlandırmalı ya yenisini yapmalı.
Əgər, Azərbaycanın bu seçimdə səsvermə haqqı olsaydı heç şübhe yok ki, bütün xalk tək vücud olub ”ONE MİNUTE” deyərdi..
Natiq Əbdürrəhimov