Siyası Online Qəzet

“ABŞ Dövlət Departamentini Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında ədalətli mövqe nümayiş etdirməyə çağırırıq” 

“Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hər zamankı kimi, növbəti olaraq illik hesabatında Azərbaycanla bağlı qərəzli fikirlər yer alıb. Belə ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatında Azərbaycanın əleyhinə faktlar qeyd olunub. Təəssüf ki, hesabatda Azərbaycan və Ermənistana dair hissələrdə qeyri-obyektiv fatlar yazılıb”. Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.

Səadət Məhərrəmova deyib ki, əvvəla, Ermənistan heç bir halda Azərbaycanla müqayisəyə gələn ölkə deyil: “Xüsusən, dini abidələrə bağlı məsələyə gəldikdə, Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarında etdiyi vandalizm əməllərini ABŞ Dövlət Departamenti niyə görməzdən gəlir!? ABŞ Dövlət Departamentinin bu məsələdə qeyri-obyektivliyi ondan irəli gəlir ki, ancaq millətçi ermənilərin iftra dolu yalanlarına istinad ediblər. Bir az obyektiv olub Azərbaycan ailmlərinin də fikirlərinə, həmçinin tarixi sənədlərə də istinad etmək olmazdımı? Bütün bunlar edilmədiyinə görə açıq-aşkar görünür ki, hesabat Azərbycana qarşı qərəzli olaraq hazırlanıb. Mən bir vətəndaş cəmiyyəti nümayəndəsi, eləcə də Qərbi azərbaycanlı olaraq bu hesabatı pisləyir və ABŞ Dövlət Departamentinin bu sənədi redaktə etməyə çağırıram. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması bu hesabata etiraz edərək bəyanat yayıb. Bəyanatda bildirldiyi kimi, biz ABŞ Dövlət Departamentini hesabatın həmin hissələrini redaktə etməyə, əsassız iddiaları çıxarmağa və Ermənistanda tüğyan edən azərbaycanofob meyilləri, Azərbaycanın dini və mədəni irsinin, o cümlədən məscidlərin və qəbiristanlıqların dağıdılması kimi dini azadlıqların sistematik şəkildə pozulması faktlarını əks etdirməyə çağırırıq.

QHT sədri bildirib ki, zaman-zaman ermənilərin azərbaycanlılara qarşı etdikləri deportasiya və etnik təmizləmə siyasətini ABŞ Dövlət Departamenti niyə unudur?: “Prezident İlham Əliyev deyib ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bəli, biz o günü səbirsizliklə gözləyirk. Sülh yolu ilə öz ata-baba torpaqlarımıza qaytmaq istəyirik. Beynəlxalq aləmə, o cümlədən ABŞ Dövlət Departamentinə səslənirk ki, Qərbi azərbaycanlıların pozulmuş hüqlarının bərpasında ədalətli mövqe nümayiş etdirsinilər”.