Siyası Online Qəzet

“Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır”

“Bu gün həm xalqına, həm də dövlətinə əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin andan olmasınn 100 ili tamam olur. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır”. Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.

Səadət Məhərrəmova deyib ki, 10 may dünya azərbaycanlıları üçün çox ən əlamətdar gündür: “Dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevlə fəxr edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xaqlının yaddaşında əvəzolunmaz, dahi şəxsiyyət olaraq qalıb. Ulu Öndər dünyada tanınımış siyasətçilər sırasında duran dahi şəxsiyyət idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Buna görə də Ulu Öndər Heydər Əliyev beynəlxalq aləmdə qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olaraq qəbul edilirdi. O, realist bir insan olaraq əməksevərliyi ilə nümunəvi rəhbər olub. Bu baxımdan TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın “Heydər Əliyev qətiyyən kabinet rəhbəri deyildi” fikrini xatırlatmaq yerinə düşər. Ümummilli Lider iki dəfə Azərbaycanda hakimiyyətdə olub və hər ikisində ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edib”.

QHT sədri deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib: “Sərəncamda da bildirildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Prezident İlham Əliyev 2022-ci il 28 noyabrında isə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edib. Dünya azərbaycanlıları böyük qürur hissi ilə 2023-cü ili “Heydər Əliyev İli” olaraq qeyd edir. 2023-cü il ərzində Azərbaycanda və xaricdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif səpkili tədbirlər keçirilir. Biz də Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin rəhbərliyi olaraq bu tədbirlədə böyük sevinc hissi ilə iştirak edirik. Bu tədbirlər bütün ilboyu davam edəcək”.