Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə praktik fəaliyyətlər həyata keçirilməyə başlamışdır.
Təlim almış müəllimlərin və şağirdlərin praktik dərsləri üçün adı çəkilən 212 №-li tam orta məktəb planşetlər və digər texniki vəsaitlərlə (qulaqlıq, modem) təmin edildikdən sonra qrafikə uyğun praktik məşğələlərə başlanmışdır.
Praktik məşğələlərdə müəllimlər bir daha əyani şəkildə Khan Academy onlayn platformasına qoşulmaqla şagirdlərə canlı şəkildə riyaziyyat (arifmetika) dərslərini tədris etmiş, şagirdlər isə buna uyğun tapşırıq və məsələ misalları asanlıqla izah və həll edə bilmişlər.
Layihə və onun fəaliyyətlərinin bütün mərhələləri sosial media, şəbəkələr və digər internet resurslarında requlay yayılmaqdadır.
Sonda layihə iştirakçılarının davamlı şəbəkəsinin qurulması da nəzərdə tutulur.