Pyatiqorskda Xocalı soyqırımının 31-ci ildönümü qeyd edilib
Fevralın 26-da Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünü qeyd edilib. “Diaspornews.az” xəbər verir ki, çıxış sözü ilə “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov tədbir açıq elan edib. İlk olaraq 1 dəqiqəlik sükutla şəhidlərimiz yad olunub.
Diaspor üzvü İlqar Həşimov Xocalı hadisələri və ümumilikdə qəhrəmanlarımız haqqında danışıb. Sonra azərbaycanlı uşaqlar Xocalı haqqında şerlər söyləyiblər. Filoloq Telman Mustafayev Xocalı hadisələrini anladıb və gələcəkdə bu cür hadisələrin olmaması üçün təşkilatın ətrafında sıx birləşməyi tövsiyə edib.
Sonda Xocalı hadisələrinə həsr olunmuş videoçarx nümayiş edilib.
“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov təşkilatın Qadınlar şöbəsinin üzvlərinə və azərbaycanlı uşaqlara bu işdə çox aktiv iştirak etdiklərinə görə təşəkkür edib.