Siyası Online Qəzet

“Azərbaycan xalqı böyük qürur hissi ilə 2023-cü ili “Heydər Əliyev İli” olaraq qeyd edir”

“Azərbaycan xalqı böyük qürur hissi ilə 2023-cü ili “Heydər Əliyev İli” olaraq qeyd edir. Fikrimizcə bu, dünya azərbaycanlıları üçün ən əlamətdar hadisədir”. Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.
Səadət Məhərrəmova deyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xaqlının yaddaşında əvəzolunmaz, dahi şəxsiyyət olaraq əbədi qalacaq: “Məlumdur ki, ötən ilin sentyabrın 29-da Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. Sərəncamda da bildirildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Prezident İlham Əliyev 2022-ci il 28 noyabrında isə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edib. 2023-cü il ərzində Azərbaycanda və xaricdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif səpkili tədbirlərin keçirilməsinə başlanıb”.
QHT sədri deyib ki, artıq ölkəmizdə “Heydər Əliyev İli” başlayıb:  “Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Buna görə də Azərbaycanda, demək olar ki, bütün qurumlar tərəfindən  “Heydər Əliyev İli” ilə bağlı tədbirlər və layhələr həyata keçirilir. Vətəndaşlar, ictimaiyyət bu tədbirlərdə böyük sevinc hissi ilə iştirak edirlər”.