Siyası Online Qəzet

Feysəl Xəlifə Əl-Savvağ: “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xain terror aktıdır”

Bu gün, Ərəb Elektron Media və Davamlı İnkişaf Birliyinin sədri Feysəl Xəlifə Əl-Savvağ  İranın paytaxtı Tehran şəhərindəki Azərbaycan səfirliyinə iranlı terrorçunun silahlı hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi və mühafizə xidmətinin digər iki əməkdaşının yaralanması  ilə bağlı təəssüf hissi keçirdiyini bildirmişdir.

Media Birliyinin rəhbəri diplomatik nümayəndəlik işçilərinin mühafizəsi zamanı mühafizə xidmətinin rəisinin xaincəsinə qətlə yetirilməsi ilə nəticələnən Azərbaycan səfirliyinə qarşı terror aktının onları dəhşətə gətirdiyini qeyd etmişdir.

 

F.X.Əl-Savvağ diplomatik nümayəndəlikərə qarşı terror hücumunun qəbuledilməz olduğunu vurğulayaraq, ekstremistlərin bu kimi terror aktlarını həyata keçirmə səylərinin qarşısının alınmasının qəbul edən dövlətlərin borcu olduğunu bəyan etmişdir.

Əl-Savvağ bu ağrılı hadisə ilə Azərbaycan rəhbərliyinə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, xain hücum nəticəsində şəhid olan əməkdaşa Allahdan rəhmət diləmiş,  yaralıların tez bir zamanda sağalmasına arzu etmişdir.

Feysəl Xəlifə Əl-Savvağ
İdarə Heyətinin sədri