Siyası Online Qəzet

Küveyt Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Küveyt Dövlətinin İran İslam Respublikasının paytaxtı Tehrandakı Azərbaycan Respublikasının səfirliyini hədəfə alan və bir nəfərin qətlə yetirilməsi, iki nəfərin isə yaralanması ilə nəticələnən silahlı hücumu pislədiyi bildirilir.

Nazirlik Küveyt Dövlətinin zorakılıq və terrorizmə qarşı sabit və prinsipial mövqeyini vurğulayaraq, bu hadisədə Küveyt Dövlətinin Azərbaycanla həmrəylik nümayiş etdirdiyini və onun yanında olduğunu bildirir.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasına və vəfat edən şəxsin ailəsinə dərin başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını arzu edir.