Siyası Online Qəzet

Tarixin özü, yoxsa Əli Kərimlinin üzsüzlüyü?!

 

Liviyada, Suriyada və digər vətəndaş müharibəsi gedən ölkələrdə, eyni zamanda bir çox dövlətlərin ərazilərində olan münaqişələr təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində məhz Azərbaycanda da baş vermişdi. İndiki gənclərimiz o qara tarixi yaşamayıblar. Elə yaxşı da ki, yaşamayıblar! Ancaq biz təəssüflər olsun ki, uşaq olsaq da həmin faciəli günləri yaşamışıq və şahidi olmuşuq! Həmin dövrdə nə BMT, nə digər beynəlxalq təşkilatlar, nə də xarici dövlətlər ölkəmizdə olan vətəndaş müharibəsinə ciddi bir reaksiya vermir və heç bir barışdırıcı mövqe sərgiləmirdi. Səbəb də məlum idi: “parçala və hökm sür”! Bunun nəticəsi olaraq tarixi ərazilərimiz Ermənistan tərəfindən işğal olundu! Bir milyon qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarından zorla çıxarıldı, on minlərlə şəhid verdik, soydaşlarımız yaralandı, əsir götürüldü, bir sözlə, böyük bir faciə yaşadıq! Hələ də həmin tarixi xatırlayanda insanlarımız göz yaşlarını saxlaya bilmir! 30 il biz bu dərdlə yaşadıq! Ölkə talan olunmuşdu, həm daxildən- o vaxtki hakimiyyət nümayəndələri tərəfindən, həm də xaricdən – qonşu dövlət tərəfindən! Bilirsiniz, bu, gənc müstəqil dövlət və xalq üçün çox ağrılı bir tarix idi. Faciə qurbanı olan bir xalqa öz dövləti sahib çıxa bilmirdi, ya da çıxmaq istəmirdi! Ölkənin hər bölgəsində separatizm hökm sürürdü. Paytaxta isə hakimiyyət üstündə savaş gedirdi, bütün ölkə boyu aclıq və çörək növbələri mövcud idi. Ərazilərimiz isə qarış-qarış işğala məruz qalırdı. Belə bir dövrdə hakimiyyət təmsilçiləri xalqın qarşısana çıxmır və ancaq hakimiyyət uğrunda bir-birləri ilə mübarizə aparır və büdcədə qalan vəsaiti talayırdılar. Belə bir dönəmdə xalqın ziyalılarının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəlir və üzərinə böyük yük götürür: həm ölkənin xilası, həm də qardaş qırğının qarşının alınması. Bu, müasir Azərbaycanın var olması, yaxud da məhv olması demək idi. Həmin dövrü xatırlayanlar bilir söhbət nədən gedir. Ölkə səfalət içində idi, xalq acından qırılırdı, bir tərəfdən qardaş qırğını baş verir, digər tərəfdən isə həm separtizm, həm də ərazilərimizin işğalı baş verirdi. Hakimiyyətdə təmsil olunanların bir hissəsi paytaxtdan qaçmışdılar, bir hissəsi isə evində ya da səfirliklərdə gizlənmişdi. Bu tarixdir, yəni kimsə bu tarixi dana bilməz! 30 il öncə baş verən bir tarix! Hətta yadımdadır ki, Ümummilli Lider Heydər Əliyev o vaxt Gəncədə baş verən qiyamçılarla və şəxsən qiyamçı dəstənin başcısı olan Sürət Hüseynovla görüşə gedəndə hakimiyyət nümayəndələrinə təklif etmişdi ki, gəlin gedək, ancaq o vaxtki hakimiyyət təmsilçilərindən heç biri bu səfərə qatılmamışdır. Bu, sadəcə bir fəlakət idi. Özlərinin necə qorxaq və rəzil olduqlarını xalqa göstərmiş oldular! Başqa cür ola da bilməzdi! Bir hakimiyyətdə ki, o cür klonlar oturmuşdu onlardan başqa nə gözləmək olardı?!
Ulu Öndərin Gəncə səfəri baş tutdu və qiyam dayandı, daha sonra cənubda və şimalda baş verən separatizmlərin də qarşısı alındı. Bütün bunları sözlə demək bəlkə də çox asandır, ancaq həmin tarixi anların necə çətinliklə baş verməsini həmin dövrdə yaşayanlar çox yaxşı bilir. Mümkünsüzü mümkün edən şəxsiyyətin əziyyətləri, yuxusuz gecələrinin sayəsində oldu. Daha sonra Ermənistanla atəşkəsin razılaşması və ölkəmizin inkişaf strategiyasının qurulması başladı. Bütün bunlar baş verərkən AXC-Müsavat hakimiyyətinin başbilənləri harada və nə işlə məşğul idilər? Bu sual maraqlı deyilmi?! Əlbəttə, maraqlıdır! Bir hakimiyyətinki, Prezidenti qaça, digər rəhbər vəzifələrdə təmsil olunanlar isə klon kimi ortada şou göstərə, yaxud gizlənə, belə hakimiyyət təmsilçilərini unutmaq olar? Əlbəttə yox! Bu gün kitab rəfinin qabağında oturub xaricdə erməni lobbisindən qrantlar alıb Youtube kanalı açan “zurnalist”lərə hər gün müsahibələr verən Əli Kərimli “Həmin dövrdə harda idi” sualına az öncə mən özüm cavab verdim, əslində!
Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm qurulan müasir Azərbaycan tarixi bir şəxsiyyətə, dünya siyasi arenasında xüsusi nufuza malik olan İlham Əliyevə həvalə olundu. Onun məsuliyyəti böyük idi. Dahi Ulu Öndərdən sonra ölkənin müstəqilliyini qorumaq, daha da inkişafa aparmaq, xalqın rifahını yüksəltmək, ordunu gücləndirmək, sabitliyi qorumaq və s. dayanmaqla yanaşı, ən böyük tarixi gün gözləyirdi cənab İlham Əliyevi- hər bir azərbaycanlının qəlbində sağalmaz yara bağlayan, 30 il əzində hər gün yuxudan o ümüdlə qalxdımız işğal altında olan torpaqlarımızın azad olması günü! Bunun üçün böyük addımlar atmaq, iqtisadiyyatı gücləndirmək, ordu quruculuğunu möhkəmləndirmək, xalq arasında milli birlik yaratmaq, uğurlu xarici siyasət qurmaq və s. Bütün bunları həyata keçirmək üçün vətən, xalq sevgisi, ata vəsiyyətini hər an yadında saxlamaq, səbr, yüksək intellekt, siyasi bacarıq, qətiyyət və sonda da Dəmir Yumuruq lazım idi! Şükürlər olsun ki, bu sadaladıqlarım və daha çox müsbət keyfiyyətlərin hər biri cənab İlham Əliyevdə cəmlənib. Xalqımızın ona olan inamı, sevgisi heç bir zaman tükənmədi, çünki Azərbaycan xalqı müdirik və qədirbilən xalqdır! Bu xalq heç bir zaman 90-cı illərdə başına gətirilən bəlaları unuda bilməzdi, Ulu Öndərin canı bahasına qoruduğu, inkişaf etdirdiyi ölkənin məhv olmasına imkan verməzdi və vermədi də! Tarixi anı yetişdirən Allah özü xalqımıza kömək oldu və onun sərkərdəsinə böyük güc verərək igid əsgərlərinin sücəti ilə torpaqlarımız 30 ildən sonra düşməndən azad olundu, düşmənə Dəmir Yumuruğun gücünü göstərdilər! Düşməni torpaqlarımızdan qovan igid əsgər arxaya baxmadan irəliləyirdi, çünki o əmin idi, öz Ali Baş Komandanından, xalqından! Bilirdi ki, onun Müzəffər Ali Baş komandanı heç vaxt geriyyə addım atmaz! Bu çox böyük amildir! Xatırlayıram, birinci Qarabağ müharibəsində bizim igidlərmiz ən böyük problemi ölkə başçısının olmamasında, onların güvənə biləcəyi bir Ali Baş Komandanın olmamasına görə fəryad qoparırdılar. Ancaq 2020-ci ildə baş verən Vətən müharibəsində irəli atlılan əsgər bilirdi ki, onun güclü dövləti, Müzəffər Ali Baş Komandanı var. Şükürlər olsun igid əsgərlərimiz öz sərkərdələrinin əmrlərini layiqincə yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi! Çətin olsa da biz xalq olaraq bunu bacardıq! Bütün xarici təsirlərə baxmayaraq öz liderimizin ətrafında sıx birləşdik! Başqa cür ola da bilməzdi, çünki bizim də öz Ulu Öndərimizə bir vəfa borcumuz, bir sədaqət andımız var idi-sona qədər onun qoruduğu müstəqilliyimizi, birliyimizi qoruyub, tarixi torpaqlarımızı düşməndən azad edib, onun layiqli siyasi varisi olan cənab İlham Əliyevin yanında sədaqətlə qalacağıq! Ancaq təəssüfər olsun ki, tarixi unudan, üzsüzlük sindiromundan əziyyət çəkən Əli Kərimli kimi “youtube siyasətçisi” sanki keçmişi unudur, ya da unudulduğuna inanır. Vətən müharibəsindən öncə torpaqlarımızın heç bir zaman azad olmayacağını əminlik deyərək özünü güclü siyasətçi sayırdı, daha sonra isə biabır olduğunu görüb yenidən insanların beyinlərinə təsir etmək üçün Laçın rayonu haqqında çıxışlar etdi, yalan dolu maşınını işə saldı, onun da nəticəsiz olduğunu görərək başqa yollara əl atdı. Saymaqla bitməyən səhvəri, xəyanətləri olan, siayasətdən kənar bir adama düşünürəm ki, elə ən böyük cəzanı xalqımız özü verib! İllərdir müxalifətdə olub, hakimiyyətdə olarkən etdiyi səhvələr, ölkəmizə olan xəyanətlərini anlamayan bir adam necə durub xalqın adından danışa bilər?! Ölkəmizə qarşı düşmən olan dövlətlərin xüsusi xidmət orqanlarının əlaltısına çevrilən, səfirliklərin maşası olan bir adam ancaq belə ola bilər deyə, düşünürəm! Biz isə xalq olaraq nə keçmişimizi unuduruq, nə də bizə əmanət olunanlara xəyanət edirik! Dünyanın heç bir gücü bizim birliyimizi əlimizdən ala bilməz, çünki biz indi daha da birlik göstərməyə, daha da öz liderimizin ətrafında sıx birləşməyə borcluyuq!

 

Politoloq Ramiz Alıyev