Siyası Online Qəzet

ARMQTİB-nın Nərimanov nümayəndəliyində şəhid ailələri ilə növbəti görüş keçirilib

Avqustun 27-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik- leytenant Rəşad Quliyevin anası Mətanət xanım, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə xanım və 1-ci Qarabağ savaşının şəhidi Veysəl Qasımovun həyat yoldaşı Mərziyyə xanım Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin qonağı oldular. Çay süfrəsi arxasında səmimi söhbət zamanı qəhrəmanlarımızın həyat və döyüş yollarından danışılaraq onların xatirəsi yad edildi.
Sonda qonaqlarla xatirə şəkilləri çəkdirildi.

Nərmin Səfərova

Vetenqehremanlari.az