Siyası Online Qəzet

Milli Qəhrəmanlar Təşkilatı Şəhid Milli Qəhrəmanın xatirəsini yad etdi

Milli Qəhrəmanlar Təşkilatı Şəhid Milli Qəhrəman Arif Qubadovun xatirəsini yad etdi.

 

19 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən Şəhid Milli Qəhrəman Qubadov Arif Vəliş oğlunun mövlud tədbiri keçirildi.

Milli Qəhrəmanlar Təşkilatının sədr müavini, həmçinin, Xətai rayon sədri Fəranə Alıyeva tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi.

Tədbirdə Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədov, təşkilatın Nizami rayon nümayəndəliyinin Şəhid ailələri ilə iş şöbəsinin rəhbəri Mətanət xanım, Şəhid Milli Qəhrəmanın qardaşı Sudeyf Qubadov, Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım, Şəhid Milli Qəhrəman Arif Qubadovun döyüş yoldaşları, bir çox qazilər iştirak edirdi.

Qəhrəmanın döyüş yoldaşları Arif Qubadovla olan xatirələrini bölüşərək Qəhrəmanın xatirəsini yad etdilər.

Sonda isə xatirə şəkilləri çəkdirildi.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ