Siyası Online Qəzet

Şəhid Vətən Müharibəsi Qəhrəmanının Mövlud günü

Bu gün Şəhid Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin mövlud günüdür.

 

Bu münasibətlə Qəhrəmanımızın 2 – ci Fəxri xiyabanda yerləşən məzarı önündə tədbir keçirildi.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin sədri Anar bəy, Müdafiə Nazirliyinin nümayəndələri, Milli Qəhrəmanlar Təşkilatının İdarə Heyətinin sədri Ədhəm Məmmədov, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərova, həmçinin, Qəhrəmanımızın valideynləri, ailə üzvləri, yaxınları, döyüş yoldaşları və digər Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının ataları iştirak edirdi.

Tədbirin açılışını Qəhrəmanımızın atası Asəm bəy etdi. Gələn qonaqlara öz təşəkkürünü bildirərək oğlu ilə olan xatirələrini bölüşdü.


Daha sonra növbə ilə Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin sədri Anar bəy, Müdafiə Nazirliyinin nümayəndələri, Milli Qəhrəmanlar Təşkilatının İdarə Heyətinin  sədri Ədhəm Məmmədov, Qəhrəmanımızın döyüş yoldaşları və digər Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının ataları çıxış etdilər.

Tədbir boyunca xatirə şəkilləri çəkdirildi.
Sonda isə tədbir iştirakçıları Qəhrəmanımızın xatirəsinə açılmış ehsan süfrəsi ətrafında əyləşdilər.

 

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq Qəhrəmanımıza Allahdan rəhmət, ailəsinə səbr diləyirik.

 

NƏRMİN SƏFƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ