Siyası Online Qəzet

Göygöldə 600 ədəd ot bağlması yanıb, 50 dən artıq ev quşu tələf olub

Göygöldə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Kənd sakini Sahilə Abbasovaya məxsus evin həyətyanı sahəsində toplanmış ot bağlamalarında anidən yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Alovun güclü olması səbəbilə yanğın ot tayasına bitişik olan yarım tikiliyə də keçib. Yanğının ətrafa yayılmasının qarşısı alınıb və qısa zamanda yanğın yanğın söndürənlər tərəfindən söndürülüb.

Ev sahibi Sahilə Abbasova APA-nın yerli bürosuna bildirib ki, yanğın nəticəsində ona məxsus 600 ədəd ot bağlaması yanıb. Onun sözlərinə görə ot tayasına bitişik yarım tikilidə olan 50-dən artıq ev quşu tələf olub.

İlkin məlumata görə yanğına səbəb elektik naqillərində olan qısaqapanma olub.

Hadisə ilə bağlı araşdırma aparılır.