Siyası Online Qəzet

Vətən Qəhrəmanları Cəmiyyətinin ofisində görüş

Bu gün Şəhid Qəhrəman ailələri ilə Vətən Qəhrəmanları Cəmiyyətinin Milli Qəhrəmanlar Təşkilatının Nizami rayonunda yerləşən ofisində ictimai xadimlərin iştirakı ilə görüş tədbiri keçirildi.

Tədbirdə iştirak edən Şəhid Qəhrəman ailələri bu cür tədbirlərin tez-tez təşkil olunmasını təqdirəlayiq hesab etdilər və öz çıxışlarında Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov Cənablarına yaratdığı bu şəraitə görə dərin minnətdarlıqlarını bildirdilər.

İctimai xadimlərimiz öz çıxışlarında Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov Cənablarının Qəhrəman ailələrinə olan xüsusi diqqət və qayğısını vurğulayaraq belə ofis şəraitinin hər bir rayon ərazisində yaradılmasının vacibliyini qeyd etdilər.

Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm Məmmədov Qəhrəman ailələrinin Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov Cənablarının hər zaman diqqət mərkəzində olduğunu vurğulayaraq İcra Başçısına öz təşəkkürünü bildirdi.

Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərova çıxış edərək Nizami rayonunda Qəhrəman ailələrinin bir araya gəlməsi məqsədilə belə ofis şəraitinin yaxşılaşdırılmasında Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov Cənablarının xüsusi xidməti olduğunu qeyd etdi və Qəhrəmanlarımızın təbliğatının daha geniş və intensiv formada həyata keçiriləcəyini qeyd etdi.

Sonda isə Nərmin Səfərova Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov Cənabları tərəfindən göndərilən ərzaq sovqatlarını Qəhrəman ailələrinə təqdim etdi.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ