Siyası Online Qəzet

“Bu şəhərdə” komandasının Londonda konserti baş tutub

London, 9 iyun, AZƏRTAC

“Bu şəhərdə” komandasının Londonda konserti baş tutub.

AZƏRTAC xəbər verir ki, 28 May – Müstəqillik Günü ilə əlaqədar Londondakı “Hackney Empire” teatr salonunda “Bu şəhərdə” komandasının “Bakı-London” adlı konsert proqramı təşkil olunub.

Səhnəyə Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərovla yanaşı, müğənni Rəşad İlyasov da çıxıb.

Üç yüzdən çox azərbaycanlının izlədiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Britaniyada yaşayan həmyerlimiz Şahlar Əlicanlının təşəbbüsü ilə təşkil olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]