Murmanskdakı diaspor rəhbəri təltif edilib
Milli Birlik Gününün qeyd olunması ərəfəsində Murmansk vilayətinin qubernatoru Andrey Çibis regionun milli-mədəni və dini təşkilatlarının nümayəndələri ilə görüş keçirib. Həmçinin Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Hüseynov Afil Qurban oğlu ilə görüşmüşdür.
Bu haqda saytımıza Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Mehdi Fəyyazlı məlumat verib.
“Görüş zamanı Hüseynov Afil Qurban oğlu qubernatorla açıq dialoq formatında söhbət edib. Tədbir zamanı region rəhbəri Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədrinə “Murmansk vilayətinin 85 illiyi” medalını təqdim edib.
Ulu tanrıdan Azərbaycan ilə Rusiya arasında dostluq və mehribançılığın əbədi olmasını arzulayıram”, -deyə o bildirib.