Şəhid Vətən Müharibəsi Qəhrəmanımızın mövludu
Elyar Arif oğlu Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunda anadan olub.
Vəliyevlər ailəsinin ilk övladı olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub.
Həmişə xüsusi şücaətilə seçilən Elyar 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. 27 sentyabr 2029 – çi ildə başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak edib. Və 19 oktyabr 2020 – çi ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qobustan şəhər 2 nömrəli tam orta məktəbinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin adı verilib.
Ailəli idi, 4 oğul və bir qız övladı yadigar qaldı.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!
Vətənqəhrəmanları.az
NƏRMİN SƏFƏROVA