Siyası Online Qəzet

İsrail HƏMAS-ın liderlərindən daha birini məhv etdi

İsrail Müdafiə Qüvvələri (ÇAXAL – Çva xaqana le-israel. – Q.) Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ÇAXAL və İsrail Təhlükəsizlik Xidmətinin (İSA) bəyanatında qeyd edildiyi kimi, Qəzzaya hücum nəticəsində hərbçilər HƏMAS terror təşkilatının Qəzza zolağındakı şurasının rəhbəri Usamə Mazinini öldürüblər.

İlkin məlumatlara görə, Mazini HƏMAS məhbuslarından məsul olub və İsrailə qarşı terror fəaliyyətlərini istiqamətləndirib.