Siyası Online Qəzet

İsrail ordusu Qəzzada quru əməliyyatlarına başladı

İsrail Müdafiə Ordusu tezliklə Qəzzada quru əməliyyatına başlayacaq. Ordu müharibənin növbəti mərhələsi üçün tam hazırdır.

Qaynarinfo “Times of İsrail”e istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü, kontr-admiral Daniel Həqari məlumat verib.

Kontr-admiral bildirib ki, hazırda qüvvələr hazırlanır, planlar nəzərdən keçirilir, bütün istiqamətlərdə tədbirlər görülür: “Diqqətimizi Qəzzaya yönəltmişik. Buna baxmayaraq, bütün ölkəyə nəzarət edirik. Bu, bizə bütün istiqamətlərdə eyni vaxtda fəaliyyət göstərməyə imkan verir”.

Daniel Həqarinin sözlərinə görə, yüz minlərlə fələstinli mülki şəxs İsrail ordusunun xəbərdarlığına qulaq asaraq, artıq Qəzzanın şimalından cənuba təxliyə olunub: “Amma hələ də ərazidə xeyli mülki insan var. Təxliyə xəbərdarlığına əməl etməyənlər özlərini və ailələrini təhlükə altında qoyurlar. Biz boşaldılan ərazilərə böyük güclə hücuma keçəcəyik”.

XXX

İsrail ordusu Qəzzada quru əməliyyatlarına başlayıb.

Vetenqehremanlari.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hazırda əraziyə həm havadan, həm də qurudan zərbələr endirilir.

Bu arada, 7 oktyabrda İsrailə hücuma rəhbərlik edən HAMAS komandiri Əl Qadi öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Bütün HAMAS terrorçularını eyni aqibət gözləyir”, deyə məlumatda bildirilib.