Siyası Online Qəzet

Moskvada şair-dramaturq Miryusif Mirnəsiroğlunun 85 illik yubileyi qeyd edildi

Moskvada tanınmış şair-dramaturq Miryusif Mirnəsiroğlunun 85 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilid. Tədbir Azərbaycan xalqının Zəfər sevincini yaşadığı bir zamanda planlaşdırılması təsadüfi deyildi.

Miryusif Mirnəsiroğlu bu savaş, bu təcavüz üçün dünyaya üsyan edən, şeirlərində nərə çəkən bir şairdi. Və bu Böyük qələbəni görməsə də onun bir gün gələcəyinə, torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə buna nail olacağımızı əminliklə söyləmişdi.

Gecə şairin illər əvvəl 2007 ildə Moskvanın “Bakı” kinoteatrında yaradıcılığının 55 illiyi ilə bağlı qeyd edilmiş tədbirdən çıxarış olaraq qısa film-sujetlə başladı.

Sonra təbdirin təşkilatçılarından olan Moskva Qərb inzibati dairəsi üzrə Azərbaycanlıların Mili Mədəni Muxtariyyətinin sədri Əli Kazımov səhnəyə çıxaraq qonaqları salamladı. Miryusif Mirnəsiroğlu poeziyasının vurğunu olduğunu dilə gətirən Əli Kazımov, belə ədəbi-bədii gecələrin keçirilməsini şairlərimizi, dramaturqlarımızı tanımaq və tanıtmaq baxımından əhəmiyyətli olduğunu söyləyərək tədbiri açıq elan etdi.

Gecədə şairi yaxından tanıyıb onun yaradıcılığına bələd, onunla birgə xatirələri olanlar toplaşmışdılar.

Tədbirdə tarixçi alim, professor, şair Əşrəf Hüseynli, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü şair Afaq Şıxlı gecənin məruzəçi qonaqları simasında iştirak edirdilər.

Hər iki ziyalı çıxışlarında Miryusif Mirnəsiroğlu poeziyasınının özünəməxsus çalarlarından söz açdırlar.

Şair Əşrəf Hüseynli zaman-zaman Miryusif Mirnəsiroğlu ilə iş və ədəbi yollarının kəsişdiyindən, birgə poeziya söhbətləri etdikərindən bəhs etdi.

Şair Afaq Şıxlı Miryusif Mirnəsiroğlu poeziyasında insana verilən dəyər, insani keyfiyyətlərin aşılanması, İlahi sevgi, Vətən sevgisinin bütövləşdirilməsi xəttinin davam etdirilməsinə diqqət çəkdi.
Gecədə çıxış edənlərdən öz şirin xatirələndən və Miryusif Mirnəsiroğlunun yaradıcığından söhbət açan ziyalılarımızdan –
,,Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov,
Əhməd Abulov, içtimai xadim,
,,Əhli beyt” dini cəmiyyətin sədri Hacı Nizami Baloğlanov danışdıqları hamıya xoş təsir bağışladı.

Şairin xatirəsinə düzənlənmiş tədbirə qatılan oğlu Miryunis Mirnəsiroğlu Atasının xatirəsinə həsr olunmuş təntənəli tədbirlərə ünvan olan Moskva Azərbaycanlı ziyalılarına dərin minnətdarlıqla sözə başladı:
“Ağam ömürünü Vətənə, millətə, ədəbiyyata, teatra, kinoya sərf edən, bu yolda çalışmaqdan usanmayan və istilada olan torpaqlarımızın yanğısıyla öz ürəyini oda-alova çevirən bir ziyalı idi. Ruhani ailəsində böyüyən, dini, torpağı, Vətəni, imanı bilən biriydi. Və bu gün onun barəsində izlərdən duyduğum sözlərlə onun necə bir şair olduğunu görür və qürurlanıram”.
Və bu gecə o təvazökarlıq edib ön plana çıxmasa da, uzun illər Miryusif Mirnəsiroğlunu tanıtmaqda israrla davam edən, hər fürsətdə onun yaradıcılığının hamıya çatdırılması üçün əmək sərf edən aramızda olan həmyerlimiz hüquqşünas Alşan Zakirov bu gecənin keçirilməsində, atamın əsərlərinin və səsinin vətənin hüdudlardan kənarda eşidilməsində onun rolu və zəhməti böyükdür. Ona və buraya toplaşan hər birinizə təşəkkür edirəm sözləriylə nitqini yekunlaşdırdı.

Gecənin apaprıcıları jurnalstlər – Tünzalə Vəliqızı və Cəfərsadıq Abbasov hər təqdimatdan əvvəl şairin həyatı, yaradıcılığı haqqında görüş iştirakçılaırna məlumat verir, rübailərini ifa edirdilər. Onların səsinə zaldakı iştirakçılar arasından da qoşulan xanımlar oldu.

Gecədə uzun illər imzası Miryusif Mirnəsiroğıuna məxsus olsa da başqa müəllifin adı ilə təqdim olunan məhşur mahnılarının tarixçəsi də xatırlandı.

Gecənin nəğməli qonaqlarından Azərbaycanın tanınmış müğənnisi Fədayə Laçın dillər əzbəri olan Miryusif Mrnəsiroğlunun sözlərinə Bəhram Nəsibovun bəstələdiyi “Şahnaz təsnifi” və “Qal, sənə qurdan” mahnılaırnı ifa etdi. Azərbaycanın Xalq Artisti Sərxan Sərxan milli Vətənpərvilik ruhunda olan mahnıları ilə Miryusif Mirnəsiroğlunu anısına həsr olunmuş gecəyə xüsusi rəng qatdı.

Gecə Azərbaycan himninin sədaları altında bitdi.

image-81731200-91db-4dc7-8755-e8931ea02268image-03a0da25-33c6-4e79-8272-40f64b984759

image-874d2917-667c-4ccf-9f19-d4e4f65fea90 image-2090d5fe-fd4c-4b63-ac75-d7695e8502f9

image-ff9d0a3c-e1d2-459f-ba4e-332be061cd4eimage-6db87975-0a05-484d-9b60-8c5e491c1ed2

image-71ce0ee9-f5e3-4c2b-bae6-e6cc3d58f84eimage-c1a586f0-23d5-47a4-9efc-8d20255a096e

Tüznalə Vəliqızı
Moskva
01.10.2023