Anım və qürur günü
44 günlük Vətən müharibəsində Azərbaycan həm hərbi, həm də diplomatik olaraq Şanlı Qələbə qazandı
Beynəlxalq münaqişələrin həlində maraqlı olan və olmayan dövlətlər olur. Buna görə də hegemon dövlətlər öz syasi maraqlarını və mövqelərini beynəlxalq münaqişlər üzərindən ortaya qoymağa çalışırlar. Biz bunu 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsi üzərində aparılan siyasi oyunlarda müşahidə etdik. Aralarında siyasi gərginlik artanda məqsədli şəkildə Qarabağla bağlı vəziyyəti daha da mürəkkəbləşdirirdilər. Eyni paraleldə isə beynəlxaq təşkilatlar Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana qarşı ikili standarta mövqe sərgiləyirdilər. Azərbaycan isə bütün bu sayasi oyunlara və birtərəfli yanaşmalara təhəmmül edə bilmədi. Xüsusən beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti müharibəni təhrik edirdi. Maraqlıdır ki, münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. Belə bir vəziyyətdə Azərbaycanının bir yolu qalmışıd: öz torpaqlarına hərb yolu ilə sahib çıxmaq və ərazi bütövlüyünü təmin etmək. Çünki bir yandan beynəlxalq təşkilatlar münaqişəsinin həllini uzadır, digər tərəfdən isə Ermənistan Qarabağda davamlı olaraq hərbi təxribatlar törədirdilər. Artıq hərbi təxribatlar
Azərbaycan xalqının “səbir kasasını” daşdırmışdır. Belə ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Müzəffər Azərbaycan Ordusu əks-hücum əməlliyatında qəhrəmancasına döyüşmüşdür. Əsgər və zabitlərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan xaqlının 30 illik arzu və istəyini yerinə yetirmişdir. Azad olunmuş ərazilərdə Azərbaycanın Dövlət Bayrağının sancılamısını dünya azərbaycanlıları böyük qürur hissi ilə izləyirdilər. Onu da deyək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını dəfələrlə demişdir: “Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Bütün bunlar ordumuzun nümunəvi döyüş hazırlığı nəticəsində baş vermişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir. Cənab Prezident, eyni zamanda diplomatik cəbhədə də məqsədyönlü şəkildə fəaliyyət göstərərək Ermənistanı ifşa etmişdir. 44 günlük müharibədə Azərbaycan həm hərbi, həm də diplomatik olaraq Şanlı Qələbə qazandı. Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Bu döyüşlərdə canlarını Vətən yolunda fəda edərək şəhid olanları isə xalqımız sayğı və ehtiramla anır. Buna görə də Azərbaycan xalqı 27 sentyabr gününü həm anım, həm də qürur günü kimi qeyd edir. Məhz bu gündən başlayan müharibə bizi şanlı Qələbəyə aparmışdır.
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi