Siyası Online Qəzet

QHT sədri medalla təltif edilib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitə tərəfindən “Xeyirxah və mərhəmət” medalı ilə təltif olunub.

Medal gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasında, şəhid ailələri, müharibə veteran və qazilərin sosial problemlərinin həllinə göstərilən xidmətə görə verilib.

C.Şahverdiyevə medalı Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunin prezidenti Sərraf Orucov təqdim edib.