Siyası Online Qəzet

“Balta” ləqəbli Kapitan

Şəhid Vətən Müharibəsi Qəhrəmanı, kapitan Nihad Akif oğlu Babayev 1991-ci ildə Biləsuvar rayonunda anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, daha sonra Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib.

   2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsindən bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda şiddətli döyüşlərdə şəhid olub.

    Atası Akif Babayev deyir ki, Nihad özü peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat, yarıciddi deyirdi ki, məni adi silahlarla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu….         

  Nihad Babayev “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı – 2018, “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra) -2020, “Vətən uğrunda” medalı (ölümündən sonra) – 2020, “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) – 2020, “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) – 2021 təltif olunub.

ALLAH RƏHMƏT ELƏSİN!

VETENQEHREMANLARİ.AZ

NƏRMİN SƏFƏROVA