Siyası Online Qəzet

Novorossiyskdəki soydaşlarımızın fəaliyyəti yerli rəsmi qurumlar tərəfindən yüksək qiymətləndirilir

Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində soydaşlarımızın xeyriyyə aksiyaları davam edir. “Diaspornews.az” xəbər verir ki, Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayevin təşkilatçılığı ilə son günlər daha 4 xeyriyyə aksiyası keçirilib. Bu aksiyalarda 700-ə yaxın insana yardım göstərilib.

Xatırladaq ki, Krasnodar diyarı Azərbaycanlıları Birliyinin bütün üzvləri xeyirxahlıq və mərhəmət naminə çox fəal çalışırlar. Novorossiysk şəhərində soydaşlarımızın bu fəaliyyəti yerli rəsmi qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı şəhər administrasiyası tərəfindən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev dəfələrlə Fəxri Fərman və “Təşəkkürnamə”lərlə təltif edilib. Belə təltiflərdən birini də Novorossiysk şəhər “Milli Assosiasiyalar Mərkəzi” ictimai təşkilatının məsul katibi Kudzieva İnna Eduardovna edib.