Siyası Online Qəzet

Ulu Öndərin tarixi qayıdışı

Azərbaycana zəfər qazandıran lider olaraq cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında yüksək zirvələr fəth edir

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün əvəsiz faydası olub. Bu, tarixi qayıdış idi. Bunun Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşnda müstəsna əhəmiyyəti var. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədəki xaos və anarxiya aradan qaldırıldı. Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsinin qarşısı alındı. Çünki AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. O zaman mövcud iqtidar ölkəni idarə etmək gücündə deyildi. Elə buna görə də iqtidar nümayəndləri Heydər Əliyevin Bakıya gəlməsini ondan inadla xahiş etmişdilər. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin qayıdışı Azərbaycan dövlətini və müstəqilliyini, eləcə də xalqımızın ruhunu, tarixini özünə qaytarmışdır.

Heydər Əliyev hələ Naxçıvanda milli qurtuluş savaşı başlatmışdır. Həmin zaman Azərbaycanın qurtuluşuna ehtiyac var idi. 15 iyunda Ümummilli Lider Bakıya qayıdaraq zəfər yürüşü etmişdir. Xalqımzı onun qayıdışını böyük səbirsizliklə gözləyirdi. Çünki xalq o vaxtkı iqtidarın səbatsız idarəçiliyindən cana doymuşdur. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Xarici və daxili qüvvələrin respublikanı parçalamaq təhlükəsi var idi. Belə olan halda müstəqil Azərbaycan dövlətinin gələcəyi sual altında qalmışdır. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Xalq Ulu Öndəri köməyə çağırdı. Qayıdışı ilə Ulu Öndər Azərbaycan tarixini yenidən yazdı. O yenidən hakimiyyətlə gəlməklə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynamışdır. Heydər Əliyev daim xalqına arxalanan və xalqa arxa olan görkəmli dövlət xadimdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyə doğru irəliləməsində bayraqdar rolunu oynayıb. Çünki hələ 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikanın ali qanunvericilik orqanında Ulu Öndərin təşəbbüsü ilə indiki üçrəngli dövlət bayrağımız qaldırılmışdır. Bu, müstəqilliyimizin ikinci dəfə əsası qoyululduğu tarixi gündür. Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. Bundan az sonra 1997-ci il iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da bu tələb səsləndirildi və həmin gün Milli Məclisin qərarı ilə 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olunub.

Ulu Öndər Heydər Əliyev dövlət və xalq naminə fədakarlıq edib. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.

Bu gün müstəqil Azərbaycanın idarəçiliyi Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Regionda lider ölkə statusunu qazanan Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus yer tutur. Azərbaycanada dinamik artım davam edir və böyük maliyyə tutumlu layihələr həyata keçirilir. İldən-ilə Azərbaycana investisiya qoyuluşu genişlənir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası sürətlə sosial-iqtisadi inkişafa nail olub. Azərbaycana zəfər qazandıran lider olaraq cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında yüksək zirvələr fəth edir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu