Siyası Online Qəzet

“Dünya liderlərinin Prezident İlham Əliyevə olan rəğbəti  sayəsində Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ciddi əhəmiyyətli tədbir olaraq yadda qaldı.

Beynəlxalq tədbirdə dünyanın xeyli sayda nüfuzlu dövlət və ictimai- siyasi xadimlərinin iştirakı X Beynəlxalq Bakı Forumunun böyük əhəmiyyətə malik olduğunu göstərir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatınln sədri Asif Əsgərli tədbirin əhəmiyyətindən danışarkən ölkəmizin dünya ölkələri arasında kifayət qədər böyük nüfuza malik olduğunu vurğulayıb. Qeyd edib ki, bütün bunlar ölkə başçısı, prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Dünya liderlərinin cənab İlham Əliyevə olan rəğbəti  sayəsində Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edir.

“Tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərliyi, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirakını nəzərə alsaq tam əminliklə deyə bilərik ki, X Qlobal Bakı Forumu beynəlxalq nüfuzlu bir tədbirdir. Burada müzakirə olunan məsələlər müasir dünyanın ən aktual problemlərinə həsr olunub. Dünyada yaranmış çətin ictimai – siyasi vəziyyət gərgin olduğundan tədbirin əhəmiyyətini yüksək qiymətləndirilə bilər. Beynəlxalq forumun Bakıda keçirilməsi həm də Azərbaycanın diplomatik müstəvidə əldə edilən uğurlardan sayıla bilər.”

Vetenqehremanlari.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu barədə danışarkən deyib.