Siyası Online Qəzet

Vətən Qəhrəmanları İctimai Birliyinin sədri Nizami Qocayevi təbrik edib

Bu gün ehtiyatda olan polis polkovniki Nizami Qocayevin doğum gündür. Vətən Qəhrəmanları İctimai Birliyinin sədri və “Vetenqehremanlari.az” saytının təsisçisi və direktoru Ədhəm Məmmədov Nizami Qocayevi ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edir.

Xatırladaq ki, Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qaraqoyunlu mahalının Karvansaray (İcevan) rayonunun Göyərçin kəndində anadan olub. Nizami Qocayev Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.