Siyası Online Qəzet

Şəhid övladlarına əyləncə tədbiri təşkil olunacaq

19 noyabr saat 12:00 – 15:00-da baş tutacaq olan “Şəhid övladlarına təbəssüm olaq” layihəsi çərçivəsində Bakı şəhərində tanınmış əyləncə mərkəzlərindən birində 4-16 yaşlı 45+ Şəhid övladlarına əyləncə tədbiri təşkil olunacaq.

Modern Azərbaycan Yeniliklər və Təcrübə İctimai Birliyi daima sosial layihələrə üstünlük verərək xüsusi qayğıya ehtiyac duyan cəmiyyətin həssas kontingenti üçün layihələr təşkil etməyə davam edir. Bunların arasında ailəsi tərəfindən tərk edilmiş, yaxud ailəsini itirmiş kimsəsiz uşaqlar, Vətən müharibəsində atası, yoldaşı və qardaşı şəhid düşmüş uşaq və xanımlar yer alır.

Məqsəd 19 noyabr tədbirində şəhid övladları ailə üzvləri ilə birlikdə  müəyyən əyləncə şou və oyunları ilə fərqlilik yaşasınlar, həmçinin başqa mühitlərdə öz həmyaşıdları ilə daha sürətli əlaqələrin qurulması və adaptasiya olmaqlarıdır.