Siyası Online Qəzet

Vətən müharibəsi şəhidi Elvin İslamovun xatirəsinə həsr edilmiş tennis turnirinin açılış mərasimi olub

 

Sentyabrın 24-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tennis İdman Kompleksində Vətən müharibəsi şəhidi Elvin İslamovun xatirəsinə həsr edilmiş həvəskar tennisçilər arasında növbəti turnir – 2-ci “Xatirə Kuboku”nun açılış mərasimi keçirilib. Turnirin 24-25, 27 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Tennis İdman Kompleksi və tərəfdaşlarının birgə təşkil etdiyi turnirin açılış mərasimini Tennis İdman Kompleksinin direktoru Əhməd Abbasbəyli giriş sözü ilə açaraq, Azərbaycan Ordusunun zəfərindən, şəhid və qazilərimizn qəhrəmanlıqlarındam danışıb. Daha sonra çıxış edən şəhid Elvin İslamovun atası Elçin İslamov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərabycan Tennis Federasiyasının nümayəndəsi, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, ictimai fəallar – Qorxmaz İbrahimli, Xanım Əhmədzadə, şahid valideynləri, keçmiş hərbçilər, veteranlar, qazilər və s. turnir iştirakçılarını salamlayıblar və qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar öz həyatlarında hiss edirlər.
Sonra tennis turnirinə start verilib. Simvolik olaraq start atışlarını şəhid övladları və onların yaxın qohumları olan körpələr ediblər.