Vətən müharibəsi qazisi DSX rəisini doğum günü münasibəti ilə təbrik edib
Bu gün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin doğum günüdür. Vətən müharibəsi qazisi Xəqani Muradov DSX rəisini doğum günü münasibət ilə təbrik edib.
Təbrikdə bildirilir: “Bir sərhədçi, Vətən müharibəsi qazisi olaraq mən də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirəm.
Hər kəsin bildiyi kimi, cənab general sərhədçilərə yüksək diqqət və qayğı göstərir. O cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalan sərhədçilərin ailə üzvlərinə və yaralanmış sərhədçilərə general-polkovnik Elçin Quliyev hər zaman diqqət və qayğı göstərir.
Mənə və ailəmə göstərilən diqqət və qayğıya görə cənab generala təşəkkür edirəm. Doğum gününüz mübarək olsun, cənab general!”