Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon tərəfindən mükafatlandırılma
Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədovun tapşırığı əsasında təşkilatın Nizami və Nərimanov idarə heyətinin rəhbəri Nərmin Səfərova, Nizami rayon Şəhid ailələri ilə iş şöbəsinin rəhbəri Mətanət xanım Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi energetik qurğuları kafedrasının texnika elmləri üzrə fəlsəfə doktoru Natalya xanım Fatyanovanı Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik hissinin gənclər arasında aşılanmasında göstərdiyi xidmətlərə görə Fəxri diplom ilə təltif etdi.

Natalya xanım Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədova öz dərin minnətdarlığını bildirdi.

Həmçinin, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi energetik qurğuları kafedrasının kafedra müdiri və müəllim heyəti təşkilatın rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdilər.
