Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon nümayəndəliyinin Silahlı Qüvvələr Günü tədbiri
26 iyun 2025-ci il tarixdə Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov nümayəndəliyinin ofisində Sədr Ədhəm Məmmədovun təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr günü münasibətilə tədbir təşkil olundu.
Tədbir Ulu öndərimiz Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək sədr Ədhəm Məmmədov tərəfindən açıq elan olundu.
Daha sonra Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə xanıma Abbasovaya söz verildi.
Tədbirdə Nizami və Nərimanov nümayəndəliyinin şöbə rəhbərləri, Şəhid Milli Qəhrəman ailələri,Qazilər, Vətən müharibəsi şəhid ailələri, bir çox ictimai xadimlər iştirak edirdi.
Sonda tədbir iştirakçıları Milli Qəhrəman Təşkilatının Nizamı rayon nümayəndəliyi tərəfindən diplomlarla təltif olundu, xatirə şəkilləri çəkdirildi.