Siyası Online Qəzet

Qurban bayramında Milli Qəhrəman ailələri ilə görüş

06.06.2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin və Vətən Qəhrəmanları Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə Şəhid Milli Qəhrəman ailələri, Şəhid ailələri, qazilərlə görüş tədbiri keçirildi.

 

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin rəhbəri Taleh müəllim və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Bəhman müəllim, Şəhid Milli Qəhrəman ailələri, Şəhid ailələri, qazilər və bir çox ictimai xadimlər iştirak edirdi.

Təşkilatın Nizami rayon sədri Ədhəm Məmmədov qonaqları salamlayaraq tədbiri açıq elan etdi.

Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin şöbə rəhbərləri Taleh müəllim və Bəhman müəllim çıxış edərək Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Coşqun Cəbrayılovun hər zaman Şəhid ailələrinin və qazilərin yanında olduğunu vurğulayaraq Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərdiyinə görə Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədova, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərovaya öz təşəkkürlərini bildirdilər.

Daha sonra Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon nümayəndəliyinin Təsərrüfat şöbəsinin rəhbəri Fərhad müəllimin Şəhid Milli Qəhrəman ailələri, qazilər üçün göndərdiyi qurban əti və ərzaq sovqatları ailələrə təqdim olundu.

Sonda isə tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ