Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi və Vətən Qəhrəmanları Cəmiyyəti Şəhid Milli Qəhrəmanın xatirəsini yad etdi
Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi və Vətən Qəhrəmanları Cəmiyyəti Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin xatirəsini yad etdi.
11aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovun və Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərovanın rəhbərliyi ilə Nizami rayon qeydiyyatında olan Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin şəhadət günü ilə əlaqədar anım tədbiri keçirildi.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin rəhbəri Taleh müəllim, YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət müəllim, Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, Şəhid ailələri, qazilər və ictimai xadimlər iştirak edirdi.
Təşkilatın Nizami rayon sədri Ədhəm Məmmədov qonaqları salamlayaraq tədbiri açıq elan etdi.
Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin rəhbəri Taleh müəllim və YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət müəllim çıxış edərək Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Coşqun Cəbrayılovun və YAP-ın Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyovun hər zaman Şəhid ailələrinin və qazilərin yanında olduğunu vurğulayaraq Qəhrəmanlarımızın təbliğatının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə belə tədbirlər təşkil etdiyinə görə Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm Məmmədova və Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərovaya öz təşəkkürlərini bildirdilər.
Sonda isə tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.
NƏRMİN SƏFƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ