Siyası Online Qəzet

Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət etdi

18 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon sədri Ədhəm Məmmədovun təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon şöbə rəhbərləri Nizami rayon qeydiyyatında olan Vətən Müharibəsi Şəhidi Qasımov Eltun Vüqar oğlunun ailəsini ziyarət etdi.

İlk öncə Şəhidimizin abidəsi ziyarət edildikdən sonra Vətən Müharibəsi Şəhidi Qasımov Eltunun anası Aygün xanıma Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi adından “Qəhrəman ana” diplomu təqdim olundu.

Bu ziyarətdən məmnun olan Şəhidin valideynləri Milli Qəhrəmanlar Təşkilatına və təşkilatın Nizami rayon sədri Ədhəm Məmmədova öz dərin minnətdarlığını bildirdi.

 

HƏBİBƏ ƏLƏKBƏROVA 

VƏTƏNQƏHRƏMANLARI.AZ