Siyası Online Qəzet

30 ildən artıq gözü yolda qalan itkin Şəhid anası ziyarət edildi

26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon Mədəniyyət şöbəsinin rəhbəri Həbibə Ələkbərova 1-ci Qarabağ müharibəsində itgin düşmüş Şəhid Mehdiyev Taleh Teymur oğlunun anası Gülnaz Mehdiyevanı ziyarət edib.

 

Şəhidimizin anası Gülnaz xanım onu ziyarət edərək oğlu Talehin ruhunu şad etdiyi üçün dərin minnətdarlığını bildirdi.

Həbibə xanım isə Gülnaz xanıma Şəhid övladının böyüdülmüş şəklini təqdim etdi və Milli Qəhrəmanlar Təşkilatı adından Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canından keçmiş Şəhid Mehdiyev Taleh Teymur oğlunun anası Gülnaz Mehdiyevanı “Qəhrəman Ana” fəxri diplomu ilə təltif etdi.

Nərmin Səfərova

VƏTƏNQƏHRƏMANLARI.AZ