Şəhid Milli Qəhrəmanın Xatirəsi Yad Edildi
Nizami rayonunda Şəhid Milli Qəhrəman Ərəstun Mahmudovun xatirəsi yad edildi.
Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov 23 fevral 1957-ci ildə İsmayıllı rayonunda doğulub, 28 yanvar 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Bu səbəblə 23 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyi və Vətən Qəhrəmanları Cəmiyyəti heyəti ilə birgə Nizami rayon qeydiyyatında olan Şəhid Milli Qəhrəman Ərəstun Mahmudovun adını daşıyan 220 nömrəli tam orta məktəbin həyətində yerləşən büstünü ziyarət etdi.
Təşkilatın Nizami rayon sədri Ədhəm Məmmədov Qəhrəmanımızın xatirəsini yad edərək ailə üzvlərinə başsağlığı verdi.
Daha sonra Ədhəm Məmmədov və heyəti Qəhrəmanın büstünün önünə qərənfillər düzdü.