Siyası Online Qəzet

Xaləddin Süleymanov Nizami rayon Ağsaqqallar şurasının sədri təyin olundu

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə yaradılmışdır.

Fəaliyyətə başladığı ilk gündən Milli Qəhrəmanlarımızın təbliğatını yüksək səviyyədə həyata keçirmiş, Şəhid Milli Qəhrəman ailələrini hər zaman diqqətdə saxlamışdır.

Təşkilatın sıralarında bir çox vətənsevər insanlar cəmləşmişdir.

Həmin şəxslərdən biri olan Xaləddin Süleymanov Təşkilatın Nizami rayon Ağsaqqallar şurasının sədri təyin olundu.

Onu da qeyd edək ki, Xaləddin Süleymanov hər zaman Şəhid Milli ailə üzvlərinin hər hansı problemlərinin həll olunmasında, Şəhid Milli Qəhrəmanlarımızın təbliğatının aparılmasında yaxından iştirak etmişdir.

Şəhid Milli Qəhrəmanlarımızın qəhrəmanlıqlarının gələcək nəsillərə ötürülməsi, vətənpərvərlik hissinin gənclər arasında aşılanması istiqamətində aparılan işlərdə hər zaman bir ağsaqqal kimi gənclərə  doğru yol göstərmişdir.

5 oktyabr 2024-cü il tarixdə Təşkilatın Nizami rayon idarə heyətinin keçirilən iclasında Xaləddin müəllimin Nizami rayon Ağsaqqallar şurasının sədri təyin olunması məsələsi müzakirə edilmiş, İdarə heyəti üzvlərinin səs çoxluğu ilə Xaləddin Süleymanov Təşkilatın Nizami rayon Ağsaqqallar şurasının sədri təyin olunmuşdur.

Xaləddin Süleymanov Təşkilatın Nizami rayon İdarə heyəti üzvlərinə öz təşəkkürünü bildirmiş, Təşkilat tərəfindən ona göstərilən etimadı doğruldacağını vurğuladı.

Sonda Nizami rayon sədri Ədhəm Məmmədov Xaləddin Süleymanovu Ağsaqqallar şurasının sədri təyin olunması münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ