Siyası Online Qəzet

Azərbaycan Milli İncəsənət Muzeyində 8 Noyabr-Zəfər Günü tədbiri

Azərbaycan Milli İncəsənət Muzeyində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədovun, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərovanın və həmçinin,  Şəhid Milli Qəhrəman ailələrinin,  Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələrinin qatıldığı tədbirdə Dövlət Himni səsləndirildikdən  sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçıları, həmçinin, muzeyin daimi ekspozisiyası və hazırda davam edən sərgilərlə yaxından tanış oldular.

Daha sonra muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev əldə edilmiş şanlı qələbənin tarixi əhəmiyyətindən, incəsənətdə Zəfər mövzusunun əksindən bəhs etdi.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami və Nərimanov rayonlarının sədri, Vətən Qəhrəmanları Cəmiyyətinin təsisçisi, aprel döyüşləri və 44 günlük Vətən müharibəsi iştirakçısı Ədhəm Məmmədov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun peşəkarlığı, hərb meydanında göstərdikləri qəhrəmanlıq sayəsində qazanılan böyük qalibiyyətin Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdiyini söyləyib.

Sonda Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış videoçarx nümayiş olundu və xatirə şəkilləri çəkdirdilər.

VƏTƏNQƏHRƏMANLARI.AZ