Siyası Online Qəzet

Fidan bu bəradə xəbərdarlıq ETDİ

İsrailin regionda aqressiv hərəkətləri ABŞ-da keçirilən prezident seçkilərindən sonra daha da güclənə bilər.

 

KONKRET.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Hürriyət” nəşrinə müsahibəsində deyib.

 

“İsrailin əsas məqsədi fələstinliləri Qəzzadan Misirə və İordan çayının qərb sahilindən İordaniyaya sürgün etməkdir. Belə bir ssenari regionu daha böyük qeyri-sabitliyə sürükləyə bilər. İsrail ABŞ seçkilərindən sonra cavab tədbirləri ilə məhdudlaşmaya bilər. Baş nazir Benyamin Netanyahu İranın nüvə imkanlarını aradan qaldırmaq üçün addımlar ata bilər. Bu, baş verərsə, münaqişənin başqa ölkələrə də sirayət etmə ehtimalı artacaq”, – Fidan bildirib.