Siyası Online Qəzet

Milli Qəhrəmanlar təşkilatının Nizami rayon nümayəndəliyinin ofisində “Şəhidlərimizi yaşadaq” tədbiri

13 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin ofisində Nizami rayon qeydiyyatında olan Şəhid Milli Qəhrəman ailələri, Şəhid ailələri və qazilərimiz ilə “Şəhidlərimizi yaşadaq” mövzusunda tədbir təşkil olundu.

 

Tədbirdə Şəhid ailələri ilə birlikdə Nizami Rayon İcra Hakimiyyətinin rəhbər şəxləri, ictimai xadimlər və Nizami Rayon İctimaiəti iştirak etdi.

Şəhidlərimizin döyüş yolundan onlarla bir səngərdə xidmət etmiş qazilərimiz söhbət açaraq Şəhidlərimizin qəhrəmanlıqlarını bir daha göz önünə gətirdilər.

Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Bayraq ordenli, Vətən müharibəsi qazisi Taleh müəllim Şəhid anaları qarşısında çıxış edərək Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılovun hər zaman onların yanında olduğunu bildirərək Coşqun müəllimin göndərdiyi ərzaq sovqatlarını Şəhid ailələrinə təqdim etdi.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdi.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ