Bakıda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bakının Xəzər rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2017-ci il təvəllüdlü S.Aslanov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.