Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Milli Qəhrəmanın xatirəsi yad edildi
Bu gün Şəhid Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun şəhadət günüdür.
Bu gün münasibətilə Şəhid Milli Qəhrəmanın xatirəsinə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir təşkil olundu.
Tədbirdə Nərimanov rayon ictimaiyyəti, Şəhid ailələri və ictimai xadimlər iştirak etdi.
Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənabları tərəfindən Şəhid Milli Qəhrəmanın ailə üzvlərinə başsağlığı və Qəhrəmanımızın ruhuna ehsan süfrəsi verildi.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!