Siyası Online Qəzet

Cənab Nazirə Təbrik

Bu gün Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019) Vilayət Süleyman oğlu Eyvazovun doğum günüdür.

Hörmətli, Cənab Nazir, Vətən Qəhrəmanları Cəmiyyətinin təsisçisi, Milli Qəhrəmanlar Təşkilatının Nərimanov, Nizami və Yasamal rayonlarının sədri, həm, 2016 – ci il Aprel döyüşlərinin, həm də 2020 – ci il Vətən Müharibəsi qazisi olaraq həm Milli Qəhrəmanlar Təşkilatı, həm də Vətən Qəhrəmanları Cəmiyyəti adından Sizi səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Və həmçinin, daima Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri və Şəhid ailələrinin yanında olduğunuz, Vətən üçün canından və sağlamlığından keçmiş Şəhid ailələrini və qaziləri diqqət mərkəzində saxladığınız üçün dərin minnətdarlığımı bildirirəm.

Tanrı Sizi qorusun!

ƏDHƏM MƏMMƏDOV

VƏTƏNQƏHRƏMANLARI.AZ