ICESCO-nun baş direktoru: Şuşa – “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək
Şuşa – “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək.
APA xəbər verir ki, bu barədə Bakıda səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim M. Al Malik jurnalistlərə açıqlamasında bildirib.
“Mən bir sıra səbəblərə görə Bakıdayam. Bunlardan biri və ən mühümü Şuşanın – “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimində iştirakdır. Bu, Azərbaycan üçün deyil, bütövlükdə İslam dünyası üçün çox mühüm hadisədir”, – baş direktor vurğulayıb.
O, Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransının keçiriləcəyini də qeyd edib.